XƏBƏRLƏR

ADU-nun əməkdaşının məqaləsi Qazaxıstanda nəşr olunub

18 iyul, 2022

Bu il Qazaxıstanda tanınmış ictimai xadim, maarifçi, dilçi, ədəbiyyatşünas Əhməd Baytursınovun 150 illik yubileyi YUNESKO səviyyəsində qeyd olunur. Bununla əlaqədar olaraq, Qazaxıstanda silsilə konfranslar, dəyirmi masalar və tədbilər keçirilməkdir. Həmçinin Qazaxıstanda nəşr olunan bir çox jurnalların sayları Ə.Baytursınova həsr olunub.

ADU-nun Türkiyə Araşdırmaları Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İbrahimov və qazaxıstanlı dosent Aliyə Biyazdıkovanın birlikdə hazırladığı “Ə.Baytursınovun Orenburq dövrü” adlı məqalə Qazaxıstan Milli Elmlər Akademiyası Ə.Baytursınov adına Dilçilik İnstitutunun beynəlxalq indeksli jurnalı olan “Tıltanymn” jurnalının 2022-ci il 2-ci sayında nəşr olunub.

Məqalədə A.Baytursınovun həyat və yaradıcılığına nəzərə salıb, görkəmli elm fədaisinin qazax milli kimliyinin formalaşmasında, qazax dilinin inkişafında, çar və sovet Rusiyası dövründə Qazaxıstanda maarifçilik hərəkatının təşəkkülündə və genişlənməsində misilsiz rol oynamasından, xalqın milli kimliyinin formalaşmasından, xalqın ziyalısına çevrilmiş A.Baytursınovun Orenburqdakı elmi çalışmalarından, milli mətbuatın yaradılmasındakı fəaliyyətlərindən bəhs olunur.