ADU-nun əməkdaşı elmi konfransda iştirak edib
25 iyun, 2022

ADU-nun əməkdaşı elmi konfransda iştirak edib
Azərbaycan Dillər Universitetinin əməkdaşı, Alman oxu zalının baş mütəxəssisi, AMEA-nın dissertantı Lamiyə Mustafayeva 25 iyun 2022-ci tarixində İsveçin paytaxtı Stokholm şəhərində keçirilən dahi şair Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş “Yol ver türkün bayrağına!” adlı XXVII Beynəlxalq elmi konfransda iştirak edib.
Konfrans zamanı L.Mustafayeva "İkinci Qarabağ savaşında Türkiyənin yeri və rolu alman mətbuatında" adlı məruzə ilə çıxış edib.
Qeyd edək ki, məruzə konfrans təşkilatçıları və iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
Konfransın sonunda məruzəçi sertifikatla mükafatlandırılıb.

