XƏBƏRLƏR

Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində Ordu günü qeyd edilib

24 iyun, 2022

 

24.06.2022-ci il tarixində Azərbaycanşünaslıq mərkəzi və Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsi nəzdində olan Regionşünaslıq kafedrasının birgə təşkilatçılığı ilə “Azərbaycan ordusu xalqın və dövlətin dayağıdır” mövzusunda tədbir keçirildi. 26 iyun Silahlı Qüvvələr Gününün 104 illiyi münasibəti ilə təşkil edilən tədbir moderator, BMR fakültəsi dekanı İbrahim Kazımbəylinin çıxışı ilə açıq elan edildi. O, əsası Cumhuriyyət dövründə qoyulan ordumuzun 44 Günlük müharibədə əldə etdiyi uğurlar, keçilməz təbiətə malik ərazilərdə necə uğurlar əldə etdiyi haqqında məlumat verdi.

Tədbirdə Regionşünaslıq kafedrasının dosenti t.ü.f.d. Aqil Şahmuradov  “Azərbaycan ordusu xalqın və dövlətin dayağıdır” mövzusunda məruzə etdi.  O,   silahlı qüvvələrimizin yaranması, inkişaf mexanizmi, uğurları haqqında ətraflı məlumat verdi. Silahlı qüvvələrimizin yaranma prosesindən danışaraq Cümhuriyyət dövründə müsəlman olduğu üçün uzun müddət hərb sənətindən uzaqda qalmış bir xalqın o dövrün tələblərinə uyğun 40 minlik ordu yaratmasının gələcəyimizi müəyyən edən əsas addımlardan biri olduğunu qeyd etdi. O, varislik hüququnu davam etdirən Azərbaycan dövlətinin 44 günlük müharibə və Şuşa döyüşü ilə gələcək hərb sənətimiz üçün yeni adət yaratdığını və milli qürurumuzun dirçəldilməsi üçün müharibənin çox önəmli olduğunu bildirdi. Tədbir zamanı Silahlı qüvvələrimizin yaranma prosesini, bu gününü əks etdirən maraqlı videoçarxlar nümayiş etdirildi.