XƏBƏRLƏR

İnklüziv təhsilin təşkili mövzusunda təlim keçirilib

24 iyun, 2022

ADU-nun Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı ilə "İnklüziv təhsilin təşkili" mövzusunda təlim keçirilib.

ADU-nun Pedaqogika kafedrasının müəllimləri təlimdə spiker olaraq çıxış ediblər.

Təlimin başlıca məqsədi “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın tələblərindən irəli gələn vəzifələrin reallaşdırılmasına dəstək göstərməkdən ibarətdir.

Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılar sertifikatla təltif olunacaqlar. Silsilə təlimlərin davamlı şəkildə keçirilməsi nəzərdə tutulub.