XƏBƏRLƏR

ADU-nun tələbələri “Yalnız bir planet” intellektual oyununda iştirak edib

09 iyun, 2022

Yaşıl İqlim Fondunun dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf  Proqramının (UNDP) təşkilatçılığı ilə  iyunun 8-də Dünya  Ətraf  Mühit gününə həsr edilmiş seminar təşkil olunub.

Seminar zamanı ətraf mühit və iqlim dəyişmələri mövzüsunda  “Yalnız bir planet”  intellektual oyunu keçirilib.  İntellektual oyunda ali təhsil müəssisələrinin tələbələri arasında  Azərbaycan Dillər Universitetinin tələbələri də iştirak edib.

 Həmçinin oyunda aktiv iştirakına görə onlara sertifikat təqdim olunub.