ADU-nun əməkdaşlarının İngiliscə ( Yeni Zelandiya ingiliscəsi)- Azərbaycanca lüğəti çap olunub
09 iyun, 2022

Azərbaycan Dillər Universitetinin İngilis dilinin fonetikası kafedrasının əməkdaşları- filologiya elmlər doktoru, professor Fərman Zeynalov, baş müəllimlər- Elmira Zülfiqarova, İntizar Kərimova, Şəfiqə Qocayeva, Təranə Cabbarlı və Yetər Əhmədovanın həmmüllif olduqları İngiliscə ( Yeni Zelandiya ingiliscəsi)- Azərbaycanca lüğəti çap olunub.
Qeyd edək ki, lüğət Yeni Zelandiya Oksford lüğətinin materialları əsasında hazırlanıb və ali məktəb tələbələri, müəllimlər, tərcüməçilər və ingilis dilini öyrənmək istəyən hər bir kəs üçün praktik cəhətdən faydalıdır.