ADU-nun əməkdaşlarının “İngilis dilinin fonetik terminləri” adlı lüğəti çap olunub
07 iyun, 2022
ADU-nun əməkdaşlarının “İngilis dilinin fonetik terminləri” adlı lüğəti çap olunub
Azərbaycan Dillər Universitetinin İngilis dilinin fonetikası kafedrasının əməkdaşları- filologiya elmlər doktoru, professor Fərman Zeynalov, filologiya üzrə fəlsəfə doktoru, dosent Kifayət Alırzayeva, baş müəllim Gülnarə Səfərova və Mehriban İbadullayevanın birgə ərsəyə gətirdikləri “İngilis dilinin fonetik terminləri” (Terms of English Phonetics)- adlı lüğəti çap olunub.
Qeyd edək ki, “İngilis dilinin fonetik terminləri”- adlı lüğətdən ingilis dilini öyrənən hər bir kəs- ali məktəb tələbələri, magistrlar, doktorantlar, ingilis dili məllimləri, ingilis dilinin fonetikası sahəsində çalışan mütəxəssislər, tərcüməçilər istifadə edib bəhrələnə bilərlər.