XƏBƏRLƏR

ADU-da “Şuşa – Azərbaycanın mədəniyyət beşiyi” adlı tədbir keçirilib

19 may, 2022

Azərbaycan Dillər Universitetində “Şuşa İli”  ilə bağlı tədbirlər planı çərçivəsində  universitetin Fransız dilinin fonetikası və qrammatikası kafedrasının əməkdaşları Filologiya və Təhsil-2 fakültələrinin tələbələri ilə birgə “Şuşa – Azərbaycanın mədəniyyət beşiyi”  adlı tədbir keçiriblər.

ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, Azərbaycanın mədəniyyət paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhərinin Qarabağın tacı, xalqımız üçün müqəddəs və əziz məkan olduğunu, Şuşa sevgisinin hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçası olduğunu diqqətə çatdırıb.  Akademik Kamal Abdulla həmçinin  “Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Şuşa bizim tarixi şəhərimiz, qədim mədəniyyət ocağımızdır. Bu diyar Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edib”- deyə bildirib.

AMEA  Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulova Şuşa haqqında fikirlərini bölüşərək Qarabağ bölgəsi əhalisinin geyim mədəniyyətinin tarixi, “Qarabağın qadın geyimləri”, “Qarabağın kişi geyimləri”, “Qarabağın uşaq geyimləri”, “Qarabağ geyimlərinin bəzəkləri” haqqında ətraflı məlumat verib. O, eyni zamanda Qarabağın geyim mədəniyyətinin tam elmi-etnoqrafik təhlilini, təsvirini,  şərhini, foto-sənədlər və slaydlar vasitəsilə təqdim edib.

Universitetin Filologiya fakültəsinin Fransız dili və ədəbiyyatı ixtisası üzrə I, III və IV kurs tələbələri Qarabağ geyimlərinin tarixi təkamül və inkişaf mərhələlərini, keyfiyyət dəyişikliklərini milli geyimlər vasitəsilə nümayiş etdiriblər. 

Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri prof.əv. Ülfət İbrahim Filologiya və  Təhsil-2 fakültələri tələbələrini Şuşa mövzusunda hazırladıqları slaydları nümayiş etdirmək üçün  təqdim edib.

-           Filologiya fakültəsinin B21-144 tələbəsi Məmmədova Zərnişan “Qarabağ” mahnısını ifa etdi;

-           Filologiya fakültəsinin 436-cı qrup tələbəsi Nəzrin Mehdiyeva “Le Khanat de Garabagh”(Qarabağ xanlığı);

-           Əsgərova Tahirə 436-cı qrup tələbəsi “La libération de Choucha et les héros nationaux d'Azerbaïdjan” (Şuşanın azad olunması və Azərbaycanın milli qəhrəmanları);

-           B20-234 qrup tələbəsi  Hüseynova Jalə  “Choucha berceau de la culture et de la musique de l’ Azerbaïdjan” (Şuşa-Azərbaycanın mədəniyyət və musiqi beşiyi);

-           B19-338 qrup tələbəsi Ədiə Təhmasib “Les traditions de la région de Garabagh”  (Qarabağ adət-ənənələri);

-           B19-338 qrup tələbəsi Əliyeva Fidan “L’art de la tapisserie” (Şuşa xalçaçılıq sənəti (məktəbi);

-           B19-338 qrup tələbəsi Babayeva Fidan “Les chevaux de Garabagh” (Qarabağ atları);

-           B19-338 qrup tələbəsi Mustafayeva Aydan “La cuisine du Garabagh” (Qarabağ mətbəxi);

-           B19-338 qrup tələbəsi Yaqubova Aysun “Les traditions du mariage” (Qarabağ toy adətləri);

-           B19-338 qrup tələbəsi Abbasova Lalə  “Les danses du Garabagh” (Qarabağ rəqsləri);

-           B19-338 qrup tələbəsi Allahverdiyeva Könül,  Yusifova Rəvanə “Les grandes personnalités de Choucha” (Şuşanın məşhur sənətkarları);

Təhsil 2 fakültəsinin 130r qrup tələbəsi  Dadaşova Cəmilə “Le chemin menant au triomphe Choucha, symbole de l’Azerbaïdjan” (Şuşaya aparan zəfər yolu) mövzusunda çıxış edib.

Filologiya fakültəsinin B21-144 tələbəsi Məmmədova Zərnişan “Azərbaycanım” mahnısını tarda müşayiət edib.

B20 - 234 qrup tələbələri Qarabağ mədəni irsini, tarixini, əks etdirən nümunələr əsasında stend təqdim ediblər.