Beynəlxalq əməkdaşlıq üzrə təhsil konfransı uğurla başa çatıb
27 aprel, 2022
Beynəlxalq əməkdaşlıq üzrə təhsil konfransı uğurla başa çatıb
Aprelin 25-də Azərbaycan Dillər Universitetinin (ADU), Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində “Beynəlxalq əməkdaşlıq üzrə təhsil konfransı” keçirilib. Konfransda Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kaliforniya Dövlət Universitetinin məzunları olan Portuqaliya, Uruqvay, Norveç, İsrail, Qırğızıstandan professor və müəllim heyəti də iştirak edib.
Konfrans “Pandemiya və postpandemiya siniflərində əlçatanlıq, bərabərlik və inklüzivliyi əks etdirən birləşmə, yenidən tənzimləmə və dərsin yenidən qurulması” mövzusuna həsr olunub.
Uğurla yekunlaşan konfransdan fotossesiyanı təqdim edirik.