XƏBƏRLƏR

Ulu öndər Heydər Əliyevin 99-cu ildönümü ilə bağlı şeir müsabiqəsi - ELAN

06 aprel, 2022

Azərbaycan Dillər Universitetinin Tələbə Elmi Cəmiyyəti, Həmkarlar İttifaqı Komitəsi və Azərbaycan dilçiliyi kafedrasının birgə təşəbbüsü və təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı şeir müsabiqəsi elan olunur.

Müsabiqədə bütün fakültə və ixtisaslar üzrə təhsil alan tələbələr iştirak edə bilərlər.

ADU Münsiflər heyəti:

- Sədr: Azərbaycan Dillər Universitetinin elmi və innovasiya məsələləri üzrə prorektoru prof. N. Məmmədov

1. – üzv: Azərbaycan Dillər Universitetinin tədris məsələləri üzrə prorektoru prof. S. Zeynalova

 2. – üzv: Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dos. T. Cəfərova

3. – üzv: Tərcümə fakültəsinin dekanı dos. B. Məmmədova

4. – üzv: Filologiya və jurnalistika fakültəsinin dekanı prof. Ş. Xəlilli 

5. – üzv: Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı prof. İ. Kazımbəyli  

6. – üzv: Azərbaycan dilçiliyi kafedrasının müdiri dos. F. Niftəliyeva

7. – üzv. Doktorantura şöbəsinin müdiri N. Qarayeva

8. – üzv. ADU Həmkarlar Komitəsinin sədri dos. M. Məmmədov   

Mükafatlar: 3 şeirə (1,2,3) diplom və uyğun pul, mükafatı veriləcək. Şeirin göndərilməsi üçün son tarix: 6 may 2022-ci il 

Müsabiqənin nəticələri və mükafatlandırılma may ayının sonunda elan ediləcək.

Şeirlər 06.05.2022 ci il tarixinədək [email protected] ünvanına göndərilməlidir. 

tel.: 070-540-65-65