XƏBƏRLƏR

ADU-nun rektoru Pakistanın ölkəmizdəki səfirliyində təcrübə keçən tələbələrlə görüşüb

29 mart, 2022

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Pakistanın Azərbaycandakı səfirliyində təcrübə keçən Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbələri ilə görüşüb. Rektor bildirib ki, onlar Pakistanın Azərbaycandakı səfirliyində təcrübə keçən ilk tələbələrdir. Akademik Kamal Abdulla tələbələrin təəssüratlarını öyrənib, onlara öz tövsiyyələrini verib və ümidvar olduğunu bildirib ki, tələbələr üzərlərinə düşən işin məsuliyyətini dərindən dərk edəcək və vəzifələrinin öhdəsindən uğurla gələcəklər. 

Görüşdə iştirak edən ADU tələbələri qeyd ediblər ki, onlar təcrübə müddətində səfirliyin həyata keçirdiyi müxtəlif layihələrdə iştirak edir, fərdi şəkildə hər iki ölkəni müxtəlif sahələrdə birləşdirə biləcək təbdirlər həyata keçirirlər.

Qeyd edək ki, 2021-2022-ci tədris ilində ilk dəfə olaraq universitet rektorunun müraciəti ilə bir qrup tələbə xarici ölkələrin Azərbaycanda yerləşən səfiriklərində təcrübə keçməyə göndərilib. Bu layihə çərçivəsində Bakı şəhərində yerləşən beş ölkənin səfirliyində tələbələr təcrübə keçirlər. Bunlar İndoneziya, Pakistan, Serbiya, Venesuela və Meksika səfirlikləridir.

Əlavə edək ki, təcrübə fevralın 16-da başlayıb. Mayın 25-də yekunlaşacaq.