XƏBƏRLƏR

ADU-nun əməkdaşları Rumıniyada səfərdə olublar

10 mart, 2022

Azərbaycan Dillər Universitetinin Təlimdə innovasiyalar kafedrasının əməkdaşları -f.f.d., dos. Sevil Qurbanova və baş müəllimi Gülnarə Hacıyeva Erasmus layihəsi çərçivəsində Rumıniyanın  Sibiu şəhərində yerləşən Lucian Blaqa universitetində səfərdə olublar.

Universitetimizin əməkdaşları Lucian Blaga universitetinin Erasmus+ koordinatoru, İngilis və Almanşünaslıq fakültəsinin dekanı və onun nəzdində olan  kafedraların müdirləri və müəllimləri ilə görüşüblər. Görüşdə onlar gələcək layihələrin, birgə konfransların, müəllim və tələbə mübadiləsinin təşkil edilməsi və gələcək səmərəli əməkdaşlıq haqqında fikir mübadiləsi  aparıblar. 

 Səfər zamanı universitetdə xarici dil dərslərinin təşkili ilə yaxından tanış olmaq məqsədilə dərsləri müşahidə ediblər. Fakültənin tələbələrinə xarici dilin tədrisində  innovativ metodları əhatə edən təlimlər keçən müəllimlərimiz onlara Azərbaycan tarixi, mədəniyyəti və təhsili haqqında da məlumatlar da veriblər. 

Əməkdaşlarımız universitetin rəhbərliyi tərəfindən sertifikatlarla təltif olunublar.

Qeyd edək ki, səfərin əsas məqsədi təlim və təhsildə innovativ metodlarla tədrisin təşkili, beynəlxalq təcrübənin öyrənilməsi və universitetlər arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi olub.