XƏBƏRLƏR

Professor Sevinc Zeynalova “Strateji planlaşdırma və idarəetmə” adlı təlimdə iştirak edib

14 fevral, 2022

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində Bakı Biznes Universitetində Azərbaycan HR İnstitutunun dəstəyi ilə “Strateji planlaşdırma və idarəetmə” adlı 2 günlük təlim keçirilib.

Azərbaycan HR İnstitutunun dəstəyi ilə  keçirilən təlimdə ölkənin 16 ali təhsil müəssisəsinin prorektorları və digər rəhbər şəxslər iştirak ediblər. 

Təlimdə Bakı Biznes Universitetinin rektoru professor İbad Abbasov qonaqları salamlayaraq layihə çərçivəsində görülən işlərdən, həmçinin keçiriləcək təlimlərin faydalarından söz açıb və iştirakçılara uğurlar arzu edib.

 Azərbaycan Respublikası Təhsil Nazirinin müşaviri Nicat Məmmədli çıxış edərək strateji planlaşdırma və idarəetmə mövzusunun ali təhsil müəssisələrində səmərəli idarə edilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

İdarəetmə üzrə beynəlxalq təhsil və təcrübəyə malik peşəkar təlimçi Nazim Əliyev iştirakçılarla tanışlıqdan sonra təlimin proqramı barədə iştirakçılara ətraflı məlumat verib.

Təlimin ikinci günündə iştirakçılar strateji planlaşdırma üzrə komandalar şəklində təqdimat təqdim ediblər.

 Sonda tədbir iştirakçıları rektor professor İbad Abbasovun iştirakı ilə setitifikat və hədiyyələrlə təltif olunub.