Akademik borcların ödənilməsi üçün təkrar imtahan keçiriləcək - ELAN

Tələbə qeydiyyatı və biliyin qiymətləndirilməsi şöbəsinin ELANI
Tələbələrin nəzərinə!
2021-2022-ci tədris ilinin payız semestri qış imtahan sessiyası üzrə akademik borcların ödənilməsi üçün təkrar imtahan (25%) qeydiyyat prosesi müxtəlif fakültələr üzrə aşağıda qeyd olunan tarixlərdə başlayır.
Təhsil 1, Təhsil 2, Filologiya fakültələri - 02, 03 fevral 2022-ci il
BMR, Tərcümə, Magistratura – 04, 05 fevral 2022-ci il
Nəzərinizə çatdırırıq ki, təkrar imtahan (25%) qeydiyyatı cari yəni I-III-V-VII semestrlərdə tədris olunan fənlər üzrə akademik borcların qeydiyyatı üçün nəzərdə tutulub. Qeydiyyat üçün tələbələr saat 10:00-dan 17:00-a qədər Tələbə qeydiyyatı və biliyin qiymətləndirilməsi şöbəsinə yaxınlaşa bilərlər.
İmtahan nəticəsi ləğv olunan və fənn üzrə giriş balı olmayan tələbələrin 25 % təkrar imtahana müraciət etmək hüququ yoxdur.