ADU-da Elmi Şuranın 2021-ci ildə sonuncu iclası keçirilib
Dekabrın 29-da Azərbaycan Dillər Universitetində ilin yekunları ilə bağlı Elmi Şuranın sonuncu iclası keçirilib
ADU-nun rektoru, akademik Kamal Abdulla universitet kollektini yeni il münasibətilə təbrik edib, universitet əməkdaşlarına can sağlığı və uğurlar arzu edib. 44 günlük Vətən müharibəsindən sonrakı Azərbaycanın inkişaf yoluna nəzər salınıb, Ali Baş Komandan cənab İlham Əliyevin elmə, təhsilə olan qayğısından söhbət açılıb.
Qeyd olunub ki, Azərbaycan Dillər Universiteti qarşıya qoyulan məqsəd və hədəflərə inamla çatıb və yeni tədris ilinə hazırlıq işləri yüksək səviyyədə təşkil olunub.
ADU-nun Tədris şöbəsinin müdiri Şəfəq Şahməmmədova payız semestr imtahanlarının təşkilində aparılan işlərin icrasından danışıb. İmtahanların obyektiv və şəffaf keçirilməsi üçün yaradılan komissiyanın fəaliyyəti barədə məlumat verilib, qəbul olunan qərarların əhəmiyyəindən söz açılıb. Daha sonra xəlifə tələbələrin irəli sürdükləri qərarlar şura üzvlərinə təqdim olunub, müzakirələr əsasında bir sıra qərarların icrası təsdiq olunub. İrəli sürülən qərarların həm müəllimlərin, həm də tələbələrin arzu və istəklərinə uyğun olduğu bildirilib.
ADU-nun Əlavə təhsil və təcrübə fakültəsinin dekanı Məmməd İsmayılov təcrübə və tədris məsələləri haqqında şura üzvlərinə məlumat verib. Qeyd olunub ki, tələbələrin təcrübə proqramlarına qoşulması və tədrisin keyfiyyətinin artırılması məqsədilə bir sıra qərarlar qəbul olunub. Tələbələrin nazirlik, komitə və dövlət orqanlarında təcrübə keçməsinə dair göstərişlər verilib, təqdim olunan təcrübə proqramları tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində önəmli yer tutur.
ADU-nun İnsan Resurları Departamentinin müdiri Ağamusa Səfiyev vaksinasiya işlərinin aparılmasından və pandemiya ilə mübarizə tədbirlərindən danışıb. İşçilərin sağlamlığının qorunması və davamiyyətin aşağı düşməməsi üçün hər bir işçinin peyvəndənmə prosesinə aktiv cəlb olunmasının vacibliyi diqqətə çatdırılıb. İş prosesinin uğurla həyata keçirilməsi istiqamətində zəruri addımların atıldığı söylənilib.
ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova tələbələrin beynəlxalq müstəvidə elmi və təhsil imkanlarından söhbət açıb, yaradılan şəraitə və imkanalara görə rektora təşəkkürünü bildirib. Qeyd olunub ki, tələbələr Erasmus proqramı çərçivəsində bir sıra yerli və beynəlxalq layihələrdə uğurla iştirak ediblər və tələbələrə sertifikatlar təqdim olunub. Bildirilib ki, bu kimi tədbirlərin növbəti il ərzində də həyata keçirilməsi qarşıda duran əsas vəzifələrdən hesab olunur.
Elmi şura təkliflərin və qərarların müzakirəsi və qəbul olunması ilə yekunlaşıb.