XƏBƏRLƏR

Müəllimlərin İşə Qəbulu imtahanına hazırlaşan tələbələr üçün dəstək vebinarları - ELAN

25 noyabr, 2021

Əziz ADU tələbələri!

Təhsildə Araşdırma və İnkişaf Mərkəzi Əlavə Təhsil Müəssisəsi və Azərbaycan Dillər Universitetinin ortaq əməkdaşlığı ilə pedaqoji yönümlü Müəllimlərin İşə Qəbulu imtahanına hazırlaşan bütün tələbələr üçün dəstək xarakterli vebinarlarımıza start verdik.

Biz kimik?

TAİM-in əsas qayəsi inkişafa açıq təfəkkür tərzinə sahib, ömür boyu öyrənən, özünün peşəkar inkişafında maraqlı olan, dəyişən zamanın tələbinə uyğun bilik və bacarıqlara sahib təhsilverən yetişdirməkdir.

TAİM tələbələr üçün “Sabahın müəllimləri”, məktəblilər üçün “Gələcək üçün OXU”, tələbə və gənc müəllimlər üçün “Müəllimlər arasında ixtisas olimpiadası”, Bakı şəhər məktəblərinin psixoloqları üçün “Ümumi təhsil müəssisələrində psixoloji xidmətin təşkili və səmərəliliyinin artırılması”, BŞTİ və TDM ilə birgə “XXI əsr insanının psixi sağlamlığı: uşaqlar, cəmiyyət, gələcək” kimi böyük layihələrə imza atmışdır. Həmçinin, TAİM ölkə üzrə ilkə imza ataraq təhsil sahəsində ilk dəfə elektron formada e-TAİM tətbiqini yaradıb

İlk mövzumuz "Sabahın müəllimi necə olmalıdır?"

Vebinarda spiker qismində təhsil eksperti İlkin Həsənov,  ADU-nun Tədris işləri üzrə prorektoru, professor Sevinc Zeynalova və TAİM rəhbərliyi iştirak edəcək.

Toxunulacaq mövzular:
- Müəllimlərin İşə Qəbulu imtahanı nədir
- Kurikulum proqramı
- TAİM-in müəllimlərin fəaliyyətində rolu
- ADU- nun  gələcəyin müəllimi yetişdirməkdə rolu

Vebinar 27 noyabr 20:00-da "Zoom" platformasında keçiriləcək. Öncədən qeydiyyat üçün: https://bit.ly/3Fv3tP9