XƏBƏRLƏR

ADU-nun əməkdaşları “Keyfiyyət təminatında təcrübə mübadiləsi” beynəlxalq vebinarda

22 noyabr, 2021

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ev sahibliyi etdiyi və 19.11.2021-ci ildə hibrid formada təşkil olunmuş “Keyfiyyət təminatında təcrübə mübadiləsi” adlı beynəlxalq vebinarda Azərbaycan Dillər Univeristetinin Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri f.f.d. S.Bağırova və şöbənin əməkdaşları - Ü.Ömərova və M.Cəlilova iştirak edib.

Hibrid formada təşkil olunan tədbirdə Türkiyənin Hacettepe, Boğaziçi, Ankara, İstanbul və Yıldız Texniki Universitetləri ilə yanaşı, Azərbaycanın 21 ali təhsil müəssisəsinin keyfiyyət təminatı mərkəzlərinin rəhbərləri iştirak ediblər. UNEC-in Rəqəmsallaşma üzrə prorektor, dos. R.Qasımov və Tədrisin keyfiyyətə nəzarət şöbəsinin müdiri dos. S.Sərdarova vebinarı açıq elan edərək UNEC-in daxili keyfiyyət təminatı, universitetdə tətbiq olunan standartlar, tələbəyönümlü təlim-tədris, davamlı inkişaf barədə geniş məlumat verib.
Vebinarda çıxış edən digər məruzəçilər tərəfindən keyfiyyət təminatı istiqamətində beynəlxalq və yerli təcrübənin paylaşılması əsas müzakirə obyekti olub.

Həmçinin, vebinarda iştirak edən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin şöbə müdiri Asiman İlyasov təhsil müəssisələrinin akkreditasiya qaydaları, bu istiqamətdə tətbiq olunan normativ-hüquqi aktlar barədə geniş məruzə ilə çıxış etmişdir.

Vebinara onlayn şəkildə qatılan Türkiyə Universitetlərinin professorları Ali təhsildə Keyfiyyət təminatı və təmsil etdikləri Universitetin keyfiyyət təminatı sistemi ilə iştirakçıları tanış etmiş, bu modelin yaradılması və bununla bağlı fəaliyyət planlarını, eləcə də baş verə biləcək problemlər və onların həlli yollarının araşdırılması barədə töhfələrini paylaşıblar.