XƏBƏRLƏR

ADU-nun müəllim və tələbə heyəti Koreya Kino festivalında iştirak edib

12 noyabr, 2021

Azərbaycan Dillər Universiteti (ADU) nəzdində Koreya Araşdırmalar Mərkəzinin, Koreya Fondu və Koreya Respublikasının Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə Metroparkda Koreya Kino festivalı keçirilib.

Festivalda  Koreya Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri, Azərbaycan Dillər Universitetinin müəllim və tələbə heyəti iştirak edib.

Universitetin Tərcümə fakültəsinin dekan müavini Malik Kərimli tədbirin ölkələrarası əlaqələrin inkişafı məqsədi ilə keçirildiyini qeyd edib və festivalın təşkilatçılarına təşəkkürünü bildirib.

Rəsmi açılış hissəsindən sonra 2015-ci il istehsalı olan “Sui-qəsd”, 2019-cu ildə lentə alınan “Jüri” və 2016-ci ildə böyük ekranda göstərilən “Tunel” adlı Koreya filmləri nümayiş olunub.

Qeyd edək ki, festivalda Azərbaycan dilində altyazı ilə nümayiş olunan filmlər universitetin Tərcümə fakültəsinin Koreya dili ixtisası üzrə təhsil alan tələbələri tərəfindən tərcümə edilib.