ADU-nun tələbələri Hərbi Qənimətlər Parkını ziyarət ediblər
27 oktyabr, 2021
Oktyabrın 27-də ADU-nun Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin təşəbbüsü ilə universitetin bir qrup tələbəsi və şöbə əməkdaşları Hərbi Qənimətlər Parkını ziyarət ediblər.
Tələbələr 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistan hərbi birləşmələrindən ələ keçirdiyi hərbi qənimətlərlə yaxından tanış olub, parkda əsgər və qazilərimizlə görüşüblər.
Qazilər tələbələrin suallarını cavablandırıb, müharibə ilə bağlı xatirələrini bölüşüblər.