CiNE ilə "Qayğı-Sağlam Nəsil Naminə" İB arasında anlaşma memorandumu imzalanıb
23 sentyabr, 2021

Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzi (CiNE) ilə "Qayğı-Sağlam Nəsil Naminə" İB arasında anlaşma memorandumu imzalanıb. Razılaşmaya əsasən könüllülük proqramlarının, korreksiyaedici təlim ixtisasında təhsil alan tələbələr üçün təcrübələrin təşkili, təhsil səviyyələri üzrə xüsusi pedaqogika sahəsində tədqiqat mövzularının müəyyənləşdirilməsi, dərslik, dərs vəsaitlərinin hazırlanması və aktuallıq daşıyan digər istiqamətlərdə birgə fəaliyyətin qurulması, əməkdaşlıq əlaqələrinin tənzimlənməsi nəzərdə tutulub.

