XƏBƏRLƏR

ADU-nun fəxri professoru Arye Qutla görüş keçirilib

14 iyul, 2021

ADU-nun Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin nəzdindəki Regionşünaslıq kafedrası və magistratura şöbəsi ADU-nun fəxri professoru, “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri    “The Jerusalem Post” qəzetinin siyasi şərhçisi Arye Qutla görüş keçirib.

Arye Qut İsraildə Azərbaycan diasporu, onun fəaliyyət istiqamətləri, diaspora təşkilatlarının zəif və güclü tərəfləri haqqında görüş iştirakçılarına geniş məlumat verib. Qonaq həmçinin Azərbaycan-İsrail münasibətləri, iki ölkə arasında əməkdaşlıq sferaları haqqında öz fikrini bildirib. O, Azərbaycan-İsrail münasibətləri, birgə akademik səviyyədə fəaliyyətin genişəndirilməsi istiqamətində görülə biləcək işlər, bu əlaqələrin inkişaf etirilməsi üçün əlindən gələni edəcəyini vurğulayıb. Tədbirin sonunda Arye Qut dosent Bəhmən Əliyevin, b/m Bəyim Abdullanın, magistrant Səkinə Niftəliyevanın, Rəşad Xəlilovun və başqalarının suallarını cavablandırıb.