XƏBƏRLƏR

Müəlliflərin profili: imkanlar və funksiyalar mövzusunda vebinar keçiriləcək

14 iyun, 2021

2018-ci il oktyabrın 16-da Azərbaycan Dillər Universitetində (ADU) Elm şöbəsinin təşkilatçılığı ilə Amerikanın “Clarivate Analytics” şirkətinin Rusiya bölməsinin elmi informasiya resursları üzrə eksperti, universitetin doktorantları və gənc tədqiqatçılarına “Beynəlxalq elmi jurnallarda nəşrlərə dair əsas tələblər” mövzusunda təlim keçib. Təlimin əsas məqsədi mühüm elmi-tədqiqat nəticələrinin əldə olunmasında və təbliğində böyük imkanlara malik olan beynəlxalq elmi bazaların imkanlarından istifadə metodları, yüksək indeksli beynəlxalq jurnallarda məqalələr üçün qoyulan tələblər, müasir beynəlxalq jurnalların idarəedilmə prinsipləri və s. mövzularla bağlı gənc alim və tədqiqatçıları maarifləndirməkdən ibarət olmuşdur. Təlimdə həmçinin, “Web of Science” platforması və onunla əlaqəli resurslarla iş üzrə istiqamətlərin verilməsi, platformada axtarışın səmərəli aparılması, ən nüfuzlu jurnalların və yüksək istinadlı məqalələrin axtarılıb tapılması, platformada qeydiyyatdan keçmək və s. məsələlərlə bağlı məlumat verib.

11 dekabr 2018-ci il tarixində universitetin doktorantları və gənc tədqiqatçılarına eyni adlı ikinci təlim təşkil olunmuşdur.

2019-cu il fevralın 12-də Azərbaycan Dillər Universitetində “Clarivate Analytics” şirkəti universitetin əməkdaşlarına, doktorantlar və gənc tədqiqatçılarına “Beynəlxalq elmi jurnallar üçün məqalələrin yazılmasına dair tövsiyələr” mövzusunda təlim keçib. Təlimdə iştirakçılara “Web of Science” platformasına daxil olmaq, platformada axtarışın səmərəli aparılması, yüksək indeksli beynəlxalq jurnallarda məqalələr üçün qoyulan tələblər, seçim meyarları və digər praktiki məsələlərlə bağlı məlumatlar verilmişdir.

Elm şöbəsinin təşkilatçılığı ilə 17 dekabr 2019-cu il tarixində beynəlxalq təcrübəyə malik Clarivate Analytics bazasının Azərbaycanda təşkil etdiyi təlim proqramının eksperti  “Beynəlxalq elmi jurnalların tələbləri və elmi məqalələrin yazılma qaydaları” mövzusunda ADU-nun doktorantları və gənc tədqiqatları üçün seminar keçirilmişdir.

Elm şöbəsi “Clarivate Analytics” şirkəti ilə beynəlxalq elmi jurnallarda məqalə çapı qaydalarına dair keçirdiyi silsilə vebinar və treninqlərin ardını  mövcud pandemiya ilə əlaqədar olaraq onlayn formada keçirmişdir. 2020-ci ilin  may, iyun,  iyul, sentyabr aylarında keçirilmiş vebinarlar barədə Universitet əməkdaşları məlumatlandırılmışdır. Elm şöbəsi keçirilən onlayn vebinar və treninqlərin təqvimini email vasitəsilə həmçinin, Universitetin saytında yayımlayaraq əməkdaşları məlumatlandırır. Bu il may ayı ərzində “Научная аналитика: Web of Science и InCites”, “Базовые возможности ресурсов Clarivate для научной деятельности”, “Как подготовить публикацию для международного научного журнала”  mövzusunda keçirilən vebinarlar barədə Universitetin əməkdaşlarının iştirakı təmin olunmuşdur.

15,16,17 iyun 2021-ci il tarixində Web of Science Core Collection-nın elmi fəaliyyət üçün baza imkanları; Elmi jurnallar dünyası; Müəlliflərin profili: imkanlar və funksiyalar mövzusunda vebinar keçiriləcəkdir. Universitetimizin əməkdaşlarını vebinarda iştiraka dəvət edirik. Vebinar haqqında ətraflı məlumat üçün linkə keçid edin:

https://clarivate.com/ru/webinars/