XƏBƏRLƏR

ADU əməkdaşının elmi işi Əqli Mülkiyyət Agentliyinin qeydiyyatından keçib

31 may, 2021

 

ADU-nun İngilis dilinin Fonetikası kafedrasının müəllimi, eyni zamanda universitetin dissertantura tələbəsi Günay Məmmədova plagiatizmlə mübarizədə Azərbaycan Əqli Mülkiyyət Agentliyi ilə əməkdaşlığa imza atmışdır.

Belə ki, Günay Aqil qızı Məmmədovanın “İngilis dilinin amerikan variantının regional və sosial dialektləri” adlı dissertasiya işi 03.05.2021 tarixində agentlikdən qeydiyyatdan keçirilmiş və sertifikatlaşdırılmışdır.

Nəticə etibarilə, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” 8 oktyabr 1996-cı il tarixli Sərəncamı ilə verilən səlahiyyətlər əsasında Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi sözügedən dissertasiya işinin plagiarizmdən qorunmasında vasitəçi rolunu daşıyır.