XƏBƏRLƏR

ADU-nun professoru beynəlxalq konfransda çıxış edib

12 aprel, 2021

Azərbaycan Dillər Universiteti Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, professor Ülfət İbrahim 2021-ci ilin 8-9 aprel tarixlərində Ukraynanın İvan Franko adına Lvov Universitetində təşkil olunmuş Sciences, Langues, Pratiques adlı IV Beynəlxalq Frankofoniya konfransında universitetimizi təmsil edərək, elmi məruzə ilə çıxış etmişdir. 

Onlayn formatda baş tutan tədbirdə Frankofoniya Təşkilatına üzv olan universitetlərin tədqiqatçı-alimləri və professor-müəllim heyəti elmi məruzələrlə iştirak ediblər.

Fransa, Ukrayna, Belçika, Rumıniya, Polşa, Kamerun, Mərakeş, Əlcəzair, Bolqarıstan, Moldova, Tunis, Iran, ABŞ, Belarus, Kot Divuar, Toqo, Seneqal, Monteneqronu təmsil edən mütəxəssislər dilçilik və dəqiq elm sahələrindən bəhs edən araşdırmalarını konfrans iştirakçılarının diqqətinə çatdırıblar.

Tədbirin açılışında Lvov Universitetinin rektoru, Fransanın Ukraynadakı səfirliyinin nümayəndələri, Frankofoniya Təşkilatının Şərqi Avropa üzrə universitetlər agentliyinin direktoru Məhəmməd Ketata və bir qrup rəsmi şəxslər iştirak ediblər.