XƏBƏRLƏR

“Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” - Beynəlxalq konfrans

19 mart, 2021

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş

“Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı

IV Beynəlxalq elmi konfrans 

 

Konfrans 7 may 2021-ci il tarixində keçiriləcəkdir. 

Konfransın istiqamətləri:

I. Heydər Əliyevin azərbaycançılıq ideologiyası və multikulturalizm modeli

II. Qloballaşan dünyada dillərin və mədəniyyətlərin dialoqu

III. Müasir beynəlxalq münasibətlər və multikulturalizm

IV. Multikultural dəyərlərin formalaşmasında təhsilin rolu

Konfransın işçi dilləri: Azərbaycan, ingilis, rus.

Tezislərin göndərilməsinin son tarixi:                                      

25 aprel 2021-ci il  

Tezislərin quruluşu, tərtibi qaydaları:

-tezisin adı ortadan, qara iri şriftlə çap olunmalıdır;

-müəllifin adı, atasının adı, soyadı, elmi dərəcəsi, iş yeri, elektron ünvanı, əlaqə nömrəsi göstərilməlidir.

Tezisin mətni:

tezislərin həcmi – 3 səhifəyə qədər, format–A4;
açar sözlər Azərbaycan, ingilis və rus dillərində (3-5 söz) – 12 pt ilə;
tezislər Times New Roman şrifti ­– 12 pt ilə;
yuxarıdan – 3 sm, aşağıdan – 2 sm, sol kənar sahə –2 sm, sağ kənar sahə – 2 sm;
sətirlərarası məsafə (interval) –1,5 sm;
istinad olunmuş ədəbiyyatın nömrəsi və səhifəsi mətnin daxilində göstərilir (Məsələn: [1] və ya [1, s.119]);
tezislər elektron variantda təqdim olunmalıdır.

Konfransa göndərilən, antiplagiat sistemində yoxlanılmış və təşkilat komitəsinin müsbət rəy verdiyi tezislər çap ediləcəkdir.

Konfrans Zoom platformasında keçiriləcəkdir. İştirakçıların e-mail ünvanına link göndəriləcəkdir.

Təşkilat komitəsi ilə əlaqə nömrələri:

Tel: (+994 12) 441 22 78  (daxili 2 57),  (+994 77) 757 97 00

E-mail:  [email protected]