XƏBƏRLƏR

Seminar müzakirələri keçiriləcək

15 mart, 2021

8 aprel 2021-ci il tarixində saat 12:00-da Heydər Əliyev muzey-lektoriyasında ADU-nun nəzdində fəaliyyət göstərən Elmi Seminarın iclasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Bakı Mühəndislik Universitetinin Tərcümə və ingilis dili kafedrasının dissertantı Lalə Şahin qızı İsayevanın 5718.01 – Dünya ədəbiyyatı (ingilis ədəbiyyatı) ixtisasında “İngilis ədəbiyyatında Şərq konsepsiyası”(Ceyms Moriyerin yaradıcılığı əsasında) və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Dillər Universitetinin Xarici ölkələr ədəbiyyatı kafedrasının dissertantı Səyyarə Tahir qızı Əliyevanın 5718.01 – Dünya ədəbiyyatı (ingilis ədəbiyyatı) ixtisasında “Doris Lessinq yaradıcılığına Şərqin təsiri” mövzularında təqdim etdikləri dissertasiya işlərinin seminar müzakirələri keçiriləcəkdir.