Elmi Şuranın növbəti onlayn iclası keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) Elmi Şuranın növbəti onlayn iclası keçirilib. Universitetin rektoru, akademik Kamal Abdulla əvvəlcə iclasın gündəliyini elan edib.
Rektor 2020-2021-ci payız semestri və qış imtahan sessiyası haqqında danışıb. O, qeyd edib ki, onlayn dərslərin üstünlükləri dəyərləndirilməli, iş bu istiqamətdə müasir tələblərə uyğun qurulmalıdır.
Daha sonra ADU-nun Elmi Şurasının daimi komissiyalarının sədrləri – Ələddin Əliyev, Aytən Bayramova, professor Məsməxanım Qazıyeva, Misgər Məmmədov və Aytən Hacıyeva 2020-2021-ci tədris ilində görülən işlər haqqında məlumat veriblər.
Şurada ADU-nun Elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov və Beynəlxalq əlaqələr üzrə prorektor Jalə Qəribova müvafiq istiqamətlərlə bağlı çıxış ediblər.