XƏBƏRLƏR

Fransada təhsil, təqaüd proqramları haqqında onlayn təqdimat keçirilib

25 fevral, 2021

Frankofoniya və Fransız dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı və Fransanın Azərbaycandakı səfirliyinin universitetlərarası əlaqələr üzrə məsul şəxsi, Kampüs Frans agentliyinin Azərbaycan üzrə nümayəndəsi Klemans Filiponun təqdimatında Fransada təhsil, mövcüd təqaüd proqramları, Fransa universitetləri haqqında onlayn təqdimat keçirilib. 

Tədbirdə Fransa universitetlərində təhsil almaq üçün müraciət proseduru, əsas şərtlər, Fransanın xarici tələbələr üçün nəzərdə tutulmuş ingilis və fransız dilləri üzrə təqaüd proqramı, Eyfel təqaüd proqramı, Erasmus + proqramı çərçivəsində ADU-nun əməkdaşlıq etdiyi Fransa universitetləri, xüsusilə Ruan universiteti  və proqram çərçivəsində müraciət şərtləri haqqında geniş məlumat verilib. Təqdimat zamanı tələbələrin sualları cavablandırılıb.

Təqdim olunan materiallardan tələbələrimiz faydalana bilər.   Faylı Yüklə