XƏBƏRLƏR

İslam İnkişaf Bankı təqaüd proqramı elan edib

05 fevral, 2021

İslam İnkişaf Bankı 2021-2022-ci illər üzrə təqaüd proqramını elan edib.

Proqram ölkəmizin ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alan tələbələrə təqaüdün verilməsini nəzərdə tutur.

Proqram haqqında ətraflı məlumatı İslam İnkişaf Bankının www.isdb.org/scholarships rəsmi saytından əldə etmək olar.

Maraqlanan şəxslər 28 fevral 2021-ci il tarixinədək bankın saytında qeydiyyatdan keçməklə öz ərizə formalarını dolduraraq elektron qaydada təqdim etməlidirlər.