XƏBƏRLƏR

Elmi Şuranın növbəti onlayn iclası keçirilib

11 noyabr, 2020

Azərbaycan Dillər Universitetində (ADU) Elmi Şuranın növbəti onlayn iclası keçirilib. Universitetin rektoru, akademik Kamal Abdulla Böyük Qələbə münasibəti ilə ali təhsil ocağının rəhbərliyi adından kollektivi təbrik edib. Rektor bildirib ki, Azərbaycan xalqı bu günləri şanlı ordumuza və Müzəffər öndərimiz İlham Əliyevə təşəkkürlə yaşayır:

“Azərbaycan xalqı, Azərbaycansevərlər öz ali arzularına çatdılar. Bunu bizim ordumuz, Ali Baş Komandanımız, bir yumruq kimi birləşməyi bacaran Azərbaycan xalqı etdi. Dünyaya göstərdik ki, biz böyük keçmişə və gələcəyə malik olan bir xalqıq. Bu qələbəni bizə yaşatdığına görə ordumuza və Prezidentimizə ömrü boyu minnətdar olmalıyıq. Hər bir insan öz qəlbində bu məhəbbəti yaşatmalıdır. Hamımız bu hissləri bütün tələbələrimizə çatdırmağa borcluyuq.Gənc nəslə vətəni sevmək örnəklərini aşılamalı və bunu yaşatmalıyıq. Bundan sonra bizim boynumuza böyük yük düşür”.

K. Abdulla Vətən yolunda canından keçən şəhidlərə Allahdan rəhmət diləyib və əlavə edib ki, onların əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq: “Onlar bu böyük günü bizə yaxınlaşdıran insanlardır. Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Bu gün Azərbaycanın müstəqilliyi uğrunda canından-qanında keçən siyasi xadimlərin, ziyalıların, ölməz Azərbaycançıların ruhu şaddır. Onların hamısına Allahdan rəhmət diləyirik”.

Daha sonra ADU-nun rektoru gündəlikdə duran məsələlər barədə məlumat verib.  

Tələbə qeydiyyatı və biliyin qiymətləndirilməsi şöbəsinin müdiri F. Qurbanzadə Yаy sеmеstrinin nəticələri hаqqındа, Tədris şöbəsinin müdiri Ş.Şаhməmmədоvа yeni tədris standartlarının tətbiq olunması ilə əlaqədar 2020-2020-ci il üzrə tədris planlarının təsdiqi haqqında, A. Rəhimov ADU-da fəaliyyət göstərən mərkəzlərin fəaliyyəti və İnformasiya Qərargahının bir aylıq hesabatı haqqında, maddi-texniki və maliyə məsələləri üzrə rektor müşaviri N.Tanrıverdiyeva Sosial fondun işi haqqında məlumat verib, gündəlikdə duran digər məsələlər müzakirə olunub.

Universitetin Tədris işləri üzrə prorektoru, professor Sevinc Zeynalova və Elmi işlər üzrə prorektor, professor Novruz Məmmədov Elmi Şuranın gündəliyində müzakirə olunan məsələlərə münasibət bildiriblər.