Təhsil 1 fakültəsində I kurs tələbələri ilə görüşlər təşkil edilib
Təhsil 1 fakültəsinə 2020/2021-ci tədris ilində qəbul olunmuş I il tələbələri ilə görüşlər təşkil edilib. Görüşlərdə rektorun məsləhətçisi, fəlsəfə doktoru Anar Osmanlı, Təhsil 1 fakültəsinin dekanı professor Fikrət Cahangirov, dekan müavinləri dosent Gülmar İsrafilova, baş müəllim Elnarə Putayeva və tyutorlar da iştirak ediblər.
Rektorun məsləhətçisi, fəlsəfə doktoru Anar Osmanlı tələbələrə Universitetin rektoru akademik Kamal Abdullayevin salamlarını çatdırıb və ADU-nun tarixi və inkişaf mərhələləri haqqında məlumat verib. Fakültə dekanı professor Fikrət Cahangirov Təhsil 1 fakültəsinin tarixi, kadr hazırlığı aparılan ixtisaslar, maddi-texniki baza və məşhur məzunlar haqqında öz fikirlərinin tələbələrlə bölüşüb.
Kredit sistemi ilə tədrisin təşkili, tələbə mobilliyi, 100 ballıq qiymətləndirmə sistemi, təqaüdlə bağlı məlumatlar, elektron resurslardan istifadə qaydaları ilı bağlı dekan müavinləri dosent Gülmar İsrafilova və baş müəllim Elnarə Putayeva tələbələri məlumatlandırıblar.
Universitetin İKT mərkəzinin işçiləri Microsoft Teams platformasından istifadə qaydaları, onlayn dərslərə qoşulmaq üçün loqinlər barədə tələbələrə təlimatlar veriblər.
Fakültənin I kurs üzrə tyutorları isə tələbələrin hüquqlarının müdafiəsi ilə bağlı metodiki və hüquqi bilikləri tələbələrə çatdırıblar.