XƏBƏRLƏR

ADU-nun tələbələri beynəlxalq müsabiqənin qalibi olub

26 may, 2020

Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri Azərbaycan, Gürcüstan və Ermənistanda alman dili ixtisası üzrə təhsil alan tələbə və şagirdlər arasında keçirilən "Foto-marafon”da 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülüblər.

Yarışma mayın 25-də DAAD (Alman Akademik Mübadilə Xidməti) və Göte İnstitutunun təskilatçılığı  ilə onlayn şəkildə keçirilib. Yarışmanın şərtlərinə  əsasən  iştirakçılar  3  saat  ərzində  onlara  spontan  olaraq təqdim olunan mövzulara dair şəkillər çəkməli, həmin şəkillərə alman dilində şərh  yazaraq  onlayn   platformaya  yükləməli idilər.  

Münsiflər heyətinin rəyləri və açıq səsvermə nəticəsində ADU-nun Tərcümə ixtisası üzrə tələbəsi Murad İlknur "Korona dövründə hisslər" kateqoriyasında 1-ci yerə,  Alman dili müəllimliyi ixtisası üzrə tələbə Rəfiqə Cümşüdova "Pandemiya və fotoqraflıq" kateqoriyasında 2-ci yerə və Tərcümə ixtisası üzrə tələbə Rəna Məmmədova "Evdə yeni kəşfim" kateqoriyasında 3-cü yerlərə layiq görülüblər.

Alman Akademik Mübadilə Xidməti və Göte İnstitutu Azərbaycan Dillər Universiteti ilə sıx əməkdaşlıq edir və bu əməkdaşlığın koordinasiya edilməsində "Azərbaycan - Alman dili müəllimləri  birliyi"  fəal  iştirak  edir.  Həmin  birliyin  sədri  ADU-nun  əməkdaşı  Lətifə  Qurbanova,  katibi  isə  Qahirə  Axundovadır.

Yarışma barədə daha ətraflı məlumatı aşağıdakı link vasitəsilə əldə etmək mümkündür.

https://m.facebook.com/goetheinstitut.georgien/?locale2=az_AZ