Yaz imtahan sessiyası ilə bağlı ELAN
21 may, 2020
- ADU-da yaz imtahan sessiyası onlayn şəkildə şifahi və yazılı formada keçiriləcək.
- Onlayn dərslərdə iştirak edən və etməyən bütün tələbələr imtahanlarda iştirak edə biləcək.
- İmtahan suallarının sayı azaldılaraq, məzmunu sadələşdiriləcək.
- Buraxlış işini tamamlamış tələbələr onlayn şəkildə müdafiə edəcək.
- Buraxlış işi müdafiəsini tamamlamayan tələbələr 4 illik orta balına uyğun qiymətləndiriləcək.
- Təqaüdlər sentyabr ayında hesablanacaq.
- Mövcud vəziyyəti nəzərə alaraq, yaz imtahan sessiyasının təşkili zamanı tələbələrə maksimum güzəştlər tətbiq olunacaq.
- Buraxılış kursları da daxil olmaqla, tələbələr universitetin kitabxana resurslarından limitsiz şəkildə istifadə edə bilər. Hətta buraxlış kursları dolanma vərəqini diplom alan zaman təqdim edə bilərlər.
- İmtahan sessiyası zamanı universitet üzrə Appelyasiya komissiyası fəaliyyət göstərəcək. Komissiyanın sədri universitetin rektoru akad. K.M. Abdullayevdir.