XƏBƏRLƏR

Skandinaviya mərkəzində onlayn mühazirələr təşkil olunur

08 may, 2020

ADU-nun Skandinaviya mərkəzi Skandinaviyaşünaslıq ixtisasının tələbələri üçün xarici universitetlərin müəllimləri ilə silsilə onlayn mühazirələr təşkil etmək məqsədilə yeni layihəyə başlamışdır. May ayının 8-i ilk belə vebinar Rumıniyanın İaşi Universitetinin müəllimi, f.ü.f.d Crina Leonun iştirakı ilə təşkil olunmuşdur. Xanım Crina Leon Skandinaviyaşünaslıq ixtisasının III və IV kurs tələbələrinə məşhur Norveç yazıçısı və dramaturqu Henrik İbsenin həyatı, yaradıcılığı və onun Rumıniyada tanınması haqqında Norveç dilində tədqimat hazırlamışdı. Vebinarda Skandinaviya mərkəzinin baş mütəxəssisi Vüsalə Əfəndiyeva, Norveç dili müəllimləri Nigar Abdulkərimova və Aytən Məmmədova da iştirak etmişdir. Sonda, tələbə və müəllimləri maraqlandıran suallar xanım Crina Leon tərəfindən cavablandırılmış, müzakirələr aparılmışdır.