Bakı Amerika Mərkəzinin hesabatı

Bakı Amerika Mərkəzinin hesabatı (3 mart – 23 aprel)
Bakı Amerika Mərkəzi ABŞ Səfirliyi ilə birgə yuxarıda qeyd olunan müddətdə konkret işlər həyata keçirmişdir:
1. BAM-ın Facebook səhifəsində keçirilən interaktiv online təqdimatlar və mühazirələr haqqında məlumat:
Ø Mart ayının 11- də keçirilən ilk virtual proqram :Virtual American Roadshow seriyası.
Mühazirə Minnesota Dövlət Universitetinin professoru Becky Pulju tərəfindən keçirilmişdir. Mühazirəçi "the Land of 10,000 Lakes" mövzusunda çıxış etmişdir və verilən sualları cavablandırmışdır.
Onun təqdimatını aşağıdakı linkdən yenidən izləyə bilərsiniz:
https://www.youtube.com/
Ø Martın 13-də BAM ABŞ-ın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində Virtual American Roadshow seriyasının ikinci buraxılışında Fulbrayt alimi Judith Ogden doğma şəhəri olan Atlanta haqqında danışdı. Professor Oqden, Vətəndaş Haqları hərəkatında əhəmiyyətli bir yer olan və hazırda CNN, Coca Cola və dünyanın ən işlək sərnişin hava limanına sahib olan, "Yeni Cənub"un paytaxtı adlandırılan bu şəhərlə bağlı sualları cavablandırdı.
Onun təqdimatını aşağıdakı linkdən yenidən izləyə bilərsiniz:
https://www.youtube.com/watch?
Ø Aprel ayının 2, 4, 10 və 14-ü olmaqla, 4 sessiyada keçirilən "Professional Talk Series: Career Management" virtual proqramı haqqında ABŞ-ın Şimali Dakota Dövlət Universitetinin Karyera Məsləhəti üzrə magistr təhsili almış, ABŞ səfirliyinin mədəniyyət işləri üzrə mütəxəssisi Fərqani Əliyev gənclərə karyeralarının necə planlaşdırılması barəsində ətraflı məlumat vermişdir. O, 4 sessiyadan ibarət çıxışında karyera inkişafının əsasları, düzgün CV hazırlanılması, ərizə məktubunun yazılması və müsahibə zamanı uğur qazanmağın yollarını öyrətmişdir.
Bu təqdimatları aşağıdakı linklərdən yenidən izləmək olar.
https://www.youtube.com/watch?
https://www.youtube.com/watch?
https://www.youtube.com/watch?
https://www.youtube.com/watch?
· Career Management - 1
· Career Management - 2
· Career Management 3
· Career Management 4
Ø Aprel ayının 21 -də "Professional Talk Series: Career Management" virtual proqramı haqqında ABŞ-ın Şimali Dakota Dövlət Universitetindən Karyera Məsləhəti üzrə magistr təhsili almış, ABŞ səfirliyinin mədəniyyət işləri üzrə mütəxəssisi Fərqani Əliyev Statement of Purpose barəsində məlumat vermişdir.
BAM-ın Facebook səhifəsində bu proqramı izləmək olar.
Onun təqdimatını aşağıdakı linkdən yenidən izləyə bilərsiniz:
https://www.youtube.com/watch?
Statement of Purpose
Ø Aprel ayının 22 -də ABŞ Səfirliyin Mədəniyyət üzrə attaşesi – Richard Pinkham, ABŞ Səfirliyinin iqtisadiyyat üzrə mütəxəssisi Asif Navaz və bölmə rəhbəri Jordan Plitter “the origins of Earth Day and the birth of the environmental movement in the United States” haqqında məlumat verdilər və verilən sualları cavablandırdılar.
Aşağıdakı linkdən təqdimatı yenidən izləyə bilərsiniz:
https://www.youtube.com/watch?
Qeyd etmək lazımdır ki, keçirilən virtual proqramları 6818 nəfər izləmişdir.
2. Daha sonra IGI Global – Disseminator of Knowledge nəşriyyatının ödənişsiz təqdim etdiyi açıq resurslar haqqında məlumat ADU – nun tədris işləri üzrə prorektoru Sevinc xanıma ADU – nun saytında yerləşdirilmək üçün göndərilmişdir (BM şöbəsinin elektron poçt ünvanına cc-də əlavə edilmişdir) – 25 mart 2020.
Eyni zamanda JSTOR tərəfindən COVİD-19 la bağlı müvəqqəti 6000 kitaba və 150 jurnala sərbəst çıxış verilmişdir.
4. Başqa ölkələrdəki Maker Space Mərkəzlərinin təcrübəsi haqqında videomaterial hazırlanmış və ABŞ səfirliyinə göndərilmişdir.
5. Brynn Saito -nun – Red Hen Press-in 2011-ci il Benjamin Saltman Poeziya Mükafatının qalibinin "Match" əsəri Azərbaycan dilinə ABŞ/ iki dəfə Fulbright proqramının məzunu, ADU – nun Xarici Ölkələr ədəbiyyatı kafedrasının dosenti Şəhla Nağiyeva tərəfindən tərcümə edilmişdir. Eyni zamanda bu əsər müəllif tərəfindən səsləndirilmişdir. Azərbaycan dilində bu şeiri ADU-nun magistratura şöbəsinin 119-cu qrup tələbəsiBuludxanlı Gülər Zəfər qızısəsləndirmişdir – videomaterial əlavə edilir.
Qeyd: Amerika Mərkəzinin elektron resursları barəsində qısa məlumat :
E - Library USA öz məqalə, dissertasiya, jurnal, qəzet və Amerikaya dair videoları ilə xidmət göstərən başqa bir rəqəmsal kitabxanadır. Bu rəqəmsal kitabxana ABŞ hökuməti tərəfindən dünyanın müxtəlif ölkələrində yerləşən 650 Amerika mərkəzlərində istifadə edilməsi üçün maliyyələşdirilir. Buraya həmçinin, ayrı-ayrılıqda aşağıdakı elektron resurslar daxildir:
Pressreader, Flipster, Gale Academic OneFile,Proquest Dissertasions and Theses Global, Gale in Context: Middle School, Digital Literacy, Gale in Context: Opposing Viewpoints, Kanopy.
JSTOR, minlərlə akademik jurnal, kitab və ilkin mənbə sənədləri daxil olmaqla rəqəmsal kitabxanadır. Bu verilənlər bazasına JSTOR-da mövcud olan bütün arxiv jurnal kolleksiyaları daxildir. Arxiv jurnal kolleksiyası son 500 il ərzində dərc olunan 50 sahə üzrə 1500-dən çox jurnaldan ibarətdir. Həmçinin, JSTOR Princeton University Press, Yale University Press, Harvard University Press və daha bir çox tanınmış elmi nəşriyyatlardan 25.000-dən çox kitab təklif edir.