XƏBƏRLƏR

ADU-da video-konfrans keçirilib

25 oktyabr, 2019

25 oktyabr 2019-ci il tarixində Azərbaycan Dillər Universitetində bir neçə ölkənin -    Rumıniya, Moldova Respublikası, Qazaxıstan, Rusiya, Belarusiya və Azərbaycandan olan tədqiqatçı, alim, müəllimlərin  iştirak etdiyi video-konfrans keçirilmişdir.

Amerika Mərkəzində keçirilən  videokonfrans zamanı bu ölkələri təmsil edən universitetlər ilə canlı bağlantı qurulmuşdur.

Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektoru Sevinc Zeynalova qonaqları salamlayaraq bölmənin işini açıq etmişdir və ADU-nu  təmsil edən Afət Musayeva „Диалог культур как ключевой источник мирного сосуществования в современном мире” məruzəsi ilə çıxış etmişdir. Konfrans zamanı fikir mübadiləsi və müzəkirələr aparılmışdır.

Sonda  prorektor Sevinc  Zeynalova Yasski Universitetinin müəllimi və tərcüməçisi Lyudmila Bejenaruya minnətdarlığını bildirib, bu silsilədən olan konfransların davamlı olması arzusu ilə bölmənin işinin bitdiyini elan edib.