XƏBƏRLƏR

ADU tələbələrinin uğurlu təşəbbüsü

24 oktyabr, 2019

“Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatına cəmiyyətin ayrı-ayrı kəsimləri dəstək ifadə etməkdə davam edir.

Azərbaycan Dillər Universitetinin müxtəlif dillərdə təhsil alan tələbələri də ölkə başçısına dəstək veriblər.

Onlar fransız, alman, yapon, norveç, ispan, hind və erməni dillərində “Qarabağ Azərbaycandır və nida işarəsi”, “Gec-tez Qarabağımıza qayıdacağıq!”, “Qarabağ Azərbaycanın əzəli torpağıdır”, “Qarabağ Azərbaycanındır, işğala son qoy!” şüarları səsləndiriblər.

Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq, deyib: “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

Nəzərinizə çatdıraq ki, video Filologiya və Jurnalistika fakültəsinin 3-cü kurs Jurnalistika ixtisası tələbəsi Sevinc Səfail tərəfindən hazırlanıb.