XƏBƏRLƏR

“Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib 

17 oktyabr, 2019

Oktyabrın 16-da Azərbaycan Dillər Universitetində Təhsil 1 fakültəsinin dekanı, professor Fikrət Cahangirovun təşkilatçığı ilə “Qarabağ Azərbaycandır” adlı tədbir keçirilib.

Fakültə dekanı Fikrət Cahangirov Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin Aşqabad və Soçidə olan son iki çıxışı ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

Mövzu ilə bağlı ətraflı məlumat verən Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosentləri Qorxmaz Mustafayev və Namiq Kərimov Valday klubunun ümumilikdə dünyada  qəbul olunan nüfuzlu diskusiya mərkəzlərindən biri olduğunu bildirib. Qeyd olunub ki, ilk dəfə 2004-cü ildə Novqorodda Valday gölü yaxınlığında bu diskussiya təşkil olunduğu üçün sonradan ona ilk keçirilən yerin adı ilə Valday diskussiya klubu adı verilmişdir.  İlk diskusiya Rusiya əsrin qovşağında (XX əsrin sonu – XXI əsrin əvvəlləri): ümidlər və “reallıqlar” mövzusunda keçirilmişdir. İkinci diskusiya adi konfrans zalında deyil, Aleksandr Rodişev gəmisində Moskvadan Tverə və geriyə dönmədə səyahət zamanı baş tutmuşdur. Diskusiyanın mövzusu Rusiya – siyasi kolyedeskopdur adlanırdı.

2019 – cu il sentyabrın 30 – dan oktyabrın 3-dək Soçi şəhərində XVI illik diskusiya klubu təşkil edildi. Bu ilki diskusiya mövzuları Şərq – şəfəqləri və dünya siyasi quruluşu, Yaxın Şərq dünya siyasətinin laboratoriyası, dini ekstermizim problemləri və onun siyasi təsiri, Böyük Avrasiya geoiqtisadi məkanının təşkilinin yeni forması kimi mövzular müzakirə olundu. Müzakirələr 40 ölkədən 150-dən çox nümayəndə qatılmışdır. Rusiya prezidenti Vladimir Putin, Qazaxıstanın prezidenti, Azərbaycan prezidenti, İordaniya kralı və digər hökumət və dövlət nümayəndələri müzakirələrə qatılmışdır. Ermənistan prezidentinin 2019-cu ilin avqustun 5-də əzəli Azərbaycan torpağı olan Xankəndində keçirilən Pan-Erməni oyunlarının açılışında səsləndirdiyi “Qarabağ Ermənistanın tərkib hissəsidir nöqtə” ifadəsinin səsləndirdiyi auditoriya Valday ilə müqayisədə daha kiçik və aşağı nüfuzlu idi.    Prezident İlham Əliyev dünyanın aparıcı beyin mərkəzlərinin rəsmi şəxslərinin qarşısında “Qarabağ tarixi və əzəli Azərbaycan torpağıdır! Qarabağ Azərbaycanındır və nida!” deməsi Paşinyana daha yüksək tribunadan ən tutarlı cavab oldu. Buna hücum diplomatiyası da demək olar. Paşinyana Valday diskusiya klubunda əsl “master klas” verildi. Bu bütün ölkə ərazisində böyük ruh yüksəkliyi ilə qəbul edildi.

Müzakirə zamanı professor Çəmən Babaxanova  tələbələrin və müəllimlərin bu məsələ ilə bağlı məlumatlı olmalarını və müəllimlərin dərslərdə də bu mövzunun müzakirəsi üçün vaxt ayırmalarını təklif edib.

Təhsil 1 fakültəsinin I kurs tələbəsi Günay İsmayılzadə məcburi köçkün olduğunu söyləyib, özünün və ailəsinin yaşadığı çətin günlərin təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb.

Rektorunun məsləhətçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Anar Osmanlı Azərbaycan Respublikasının prezidentini cənab İlham Əliyevin həm Soçidəki Valday diskusiya klubundakı, həm də MDB dövlət başçılarının Aşqabad şəhərindəki məlum çıxışını geniş təhlil edib, Cənab Prezidentin çıxışlarını hücum diplomatiyası kimi qiymətləndirib. Anar Osmanlı sonda tədbirin təşkilatçılarına və iştirakçılara öz minnətdarlığını bildirib.