XƏBƏRLƏR

Akademik Kamal Abdullaya təbrik məktubu ünvanlanıb

27 may, 2019
Ağdam Rayon 1 nömrəli köçkün tam orta məktəbin direktoru Çimnaz Kərimova Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullaya “Xalq yazıçısı” fəxri adı alması münasibətilə təbrik məktubu göndərib. Məktubda deyilir: “Hörmətli akademik Kamal Abdulla! Cənab prezidentimiz İlham Əliyevin sizə verdiyi fəxri ad bizi çox sevindirdi. Sizi “Xalq yazıçısı” fəxri adı almanız münasibətilə səmimi qəlbdən təbrik edir, işlərinizdə uğurlar arzulayıram. Akademik Kamal Abdulla, düşünürəm ki, siz ən böyük adı məcburi köçkün məktəbləri ilə əməkdaşlıq edərkən aldınız. Bir məktəb rəhbəri olaraq, bu məni çox sevindirir. Sizin kimi bir insanın və ADU-nun əməkdaşlığı bizim üçün qürurvericidir. ADU-nun əməkdaşlığı həm məktəbimiz, həm də şagirdlərimiz üçün əvəzolunmazdır. Ümid edirik ki, bizim məktəblə əməkdaşlığınız davamlı olar. Bunları tam səmimiyyətimlə söyləyirəm. Bir daha təbrik edir, uzun ömür və can sağlığı arzulayıram”.