ADU-nun məzunu müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə əldə edib
09 iyul, 2019

Bu ilin 8 iyul tarixində müəllimlərin işə qəbulu üzrə ilk test imtahanı keçirilib.
Azərbaycan Dillər Universitetinin məzunu 2004-2008-ci illərdə "alman dili və ədəbiyyatı" ixtisası üzrə təhsil almış Əjdər Salmanov Əbdülqəni oğlu imtahanda maksimum 60 baldan 53 bal toplayaraq namizədlər arasında yüksək nəticə əldə edib.