XƏBƏRLƏR

Tələbələrimiz yaradıcılıq müsabiqəsində ilk yerləri tutublar

11 iyun, 2019

"Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 2.1.20 və “2015 – 2015 - ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 5.2.3 bəndlərinin icrası məqsədi ilə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət dəstəyi Şurası, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Yaradıcılıq zirvəsini fəth edək” adlı yaradıcılıq müsabiqəsi keçirilib.

Müsabiqədə Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin 3-cü kurs tələbəsi Şahverən Babayev vokal (xalq və bəstəkar mahnıları) nominasiyası üzrə 1-ci yer, Təhsil fakültəsinin 2-ci kurs tələbəsi Murad Əliyev isə vokal (xalq və bəstəkar mahnıları) nominasiyası üzrə 2-ci yerə layiq görülüb.