XƏBƏRLƏR

Tələbələr yazıçı İlqar Fəhmi ilə görüşüblər

30 may, 2019

ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nuridə Muxtarzadənin təşkilatçılığı ilə Filologiya və Jurnalistika fakültəsinin 134 A/B qrup tələbələri Azərbaycan Yazıçılar Birliyində yaradıcılıq məsələləri üzrə katib, yazıçı İlqar Fəhmi ilə görüşüblər.

Müəllim və tələbələrin iştirak etdikləri görüşdə tanınmış yazıçı İlqar Fəhmi  yaradıcılığının əhəmiyyəti vurğulanıb. Azərbaycanda gənclər arasnda xüsusi oxucu kütləsi qazanan yazıçı tədbirə həvəslə gələn tələbələrin fikirləri ilə yaxından tanış olub, onların bir-birindən maraqlı suallarını cavablandırıb.

Onun əsərlərinin Azərbaycanda və digər ölkələrdə böyük maraqla qarşılandığı diqqətə çatdırılıb. İlqar Fəhminin romanı əsasında çəkilən “Aktrisa” filmi 2011-ci ildə Kann kinofestivalında ilk dəfə Azərbaycan pavilyonunun açılışında nümayiş etdirilib. Həmçinin, tələbələr dərs zamanı keçdikləri “Evtanaziya” əsərini yazıçı ilə birlikdə müzakirə edib, bəzi məqamları onunla bölüşüblər.

Tədbirin sonunda İlqar Fəhmi müəllim və tələbələrə oz imzası ilə kitablarından hədiyyə edib. O, belə maarifləndirici görüşləri təqdirəlayiq hesab edərək, tez-tez keçirilməsini təklif edib.