XƏBƏRLƏR

ADU-nun əməkdaşı Belqradda təlimdə iştirak edib

18 iyun, 2019

Azərbaycan Dillər Universitetinin Tələbələrlə iş və tərbiyə şöbəsinin baş mütəxəssisi Gülnar Xəlilova Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Demokratik Təsisatlar və İnsan Hüquqları  Bürosunun Serbiyanın Belqrad şəhərində 10-14 iyun tarixində təşkil etdiyi "Uzun müddətli müşahidəçilər" üçün təlimdə iştirak edib. Təlimə 15 ölkədən 27 nümayəndə seçilib. Azərbaycanla yanaşı Moldova, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Şimali Makedoniya, Serbiya, Belarusiya, Albaniya, Özbəkistan, Ukrayna, Monqolustandan nümayəndələr də iştirak edib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun müvafiq ekspertləri "ATƏT-ə ümumi baxış və çağırışlar", "ATƏT- in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosu və seçki müşahidəsinə giriş", "Seçki üzrə standartlar və öhdəliklər", "Uzun müddətli və qısa müddətli müşahidəçilərin missiyaları" və s. mövzusunda təlimlər keçiblər. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.