XƏBƏRLƏR

ADU-nun rektoru Kamal Abdullaya çoxsaylı təbriklər ünvanlanıb

10 iyun, 2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 25-də imzaladığı Sərəncamla Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla “Xalq yazıçısı” fəxri adına layiq görülüb. Bu münasibətlə akademik Kamal Abdullaya çoxsaylı təbriklər ünvanlanıb. Həmin təbriklərdən bir neçəsini təqdim edirik:

Hörmətli Kamal müəllim!

Sizi, tanınmış ziyalı və ictimai xadimi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinizə görə “Xalq yazıçısı” fəxri adına layiq görülməyiniz münasibətilə Bakı Dövlət Universitetinin professor-müəllim, tələbə heyəti və şəxsən öz adımdan təbrik edirəm.

Siz Azərbaycan ədəbiyyatının, elminin, ictimai fikrinin, ədəbi tənqidinin formalaşmasında və milli-mənəvi dəyərlərimizin qorunub inkişaf etdirilməsində müstəsna xidmətlər göstərmiş, işlədiyiniz bütün vəzifələrdə xalqa şərəflə xidmət edərək göstərilən etimadı hər zaman ən yüksək səviyyədə doğrultmuşsunuz.

İnanırıq ki, Siz hələ uzun illər çoxsaylı elmi-nəzəri araşdırmaların və sanballı bədii əsərlərin müəllifi kimi bu sahədə məhsuldar fəaliyyətinizi davam etdirəcək, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında günü-gündən inkişaf edən ölkəmizin daha da möhkəmlənməsi, dünyanın ən qüdrətli dövlətinə çevrilməsi istiqamətində görülən mühüm işlərin reallaşmasında həmişəki kimi var-gücünüzlə çalışacaqsınız.

Bir daha təbriklərimi çatdırır, can sağlığı, ailə səadəti və yeni-yeni uğurlar arzulayıram”.

Bakı Dövlət Universitetinin rektoru,

Elçin Babayev

* * *

Hörmətli Kamal müəllim!

Sizi Azərbaycan Respublikası Prezidentinin 25 may 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətinizə görə “Xalq yazıçısı” fəxri adı ilə təltif olunmağınız münasibətilə Saatlı rayon ictimaiyyəti və şəxsən öz adımdan təbrik edir, sizə ən səmimi və xoş arzularımı bildirirəm. İnanırıq ki, siz mədəniyyətşünaslıq, dilçilik, ədəbiyyat, və türkologiya sahəsindəki elmi və yaradıcılıq fəaliyyətinizlə Azərbaycan dövlətçiliyinə və xalqına bundan sonra da əvəzsiz töhfələr verəcəksiniz. Sizi bir daha səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, xoş əhvali-ruhiyyə, müstəqil Azərbaycanın tərəqqisi naminə yorulmaz fəliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”

Saatlı rayon İcra hakimiyyətini başçısı,

Nazim İsmayılov

* * *

Hörmətli Kamal müəllim!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinizə görə “Xalq yazıçısı” fəxri adına layiq görülməyiniz münasibətilə Azərbaycan Respublikasının Küveyt dövlətindəki səfirliyinin əməkdaşları, burada yaşayan, işləyən, təhsil alan həmvətənlərimizin və şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik edir, bu yolda göstərdiyiniz məsuliyyətli və şərəfli fəaliyyətinizdə Sizə yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Azərbaycan Respublikasının Əl-Küveytdəki səfiri,

Elxan Qəhrəman

* * *

 Hörmətli Kamal müəllim!

Sizi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinizə görə “Xalq yazıçısı” fəxri adına layiq görülməyiniz münasibəti ilə Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin əməkdaşları va öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Ziyalı, tədqiqatçı-alim, yaradıcı qələm sahibi olaraq Azərbaycan ədəbiyyatına, elminə, onun təhsilinə verdiyiniz töhfələr, nəşr olunmuş çoxsaylı kitablarınız ölkəmizin onun hüdudlarından kənarda təbliği va tanınmasına xidmət edir.

Sizi bir daha ürəkdən təbrik edir, şəxsiyyətinizə dərin hörmət və ehtiramımı bildirir, möhkəm cansağlığı arzulayıram.

Azərbaycan Respublikasının Belqraddakı səfiri,

Eldar Həsənov