XƏBƏRLƏR

ADU-nun Tərcümə fakültəsi “Hekayəti Müsyo jordan Həkimi-Nəbatat və Dərviş Məstəli şah cadükuni Məşhur” əsərini səhnələşdirib

31 may, 2019

Azərbaycan Dillər Universitetinin (ADU) Tərcüməçilər birliyi və Tərcümə fakültəsi üzrə Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyo jordan Həkimi-Nəbatat və Dərviş Məstəli şah cadükuni Məşhur” əsəri ingilis dilində səhnələşdirilib.

Tədbirdə iştirak edən ADU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru dosent Sevinc Zeynalova yüksək təşkilatçılığa görə tədbir iştirakçılarına təşəkkürünü bildirib və universitetin Tərcümə fakültəsinin  tələbələrinin hər zaman fərqləndiklərini diqqətə çatdırıb.

Tərcümə fakültəsinin dekanı dosent Bənövşə Məmmədova tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib və tələbələri ilə fəxr etdiyini vurğulayıb.

Qeyd edək ki, əsər ADU-nun Tərcüməçilər Birliyinin üzvləri tərəfindən tərcümə olunub və Tərcümə fakültəsinin ingilis dili ixtisası üzrə təhsil alan tələbələri tərəfindən səhnələşdirilib.