XƏBƏRLƏR

“Müstəqilliyimiz əbədidir” mövzusunda tədbir keçirilib

24 may, 2019

Bakı şəhəri Yasamal rayonu 52 saylı orta məktəbdə metodist, filologiya üzrə fəlsəfə doktoru, dosent Qələmşah Heybətovun rəhbərliyi ilə 28 May Respublika gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Filologiya və jurnalistika fakültəsinin nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının dosenti Qələmşah Heybətov açıb. O, qeyd edib ki, may ayı Azərbaycan xalqının XX əsrin ən əlamətdar, uğurlu hadisələrlə, gözəl bayramlarla zəngin bir ayıdır.

28 mayRespublika günü ölkəmizin hər yerində təntənəli şəkildə qeyd olunur. 28 may - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür. Hər bir Azərbaycan vətəndaşı bu günlə qürur hissi duyur.

ADU-nun təcrübəçi tələbələrinin dəstəyi ilə şagirdlər tədbirdə müxtəlif şeir parçalarını əzbər söyləyib, səhnəciklər göstərib, rəqslər və mahnılar ifa ediblər. Sonda məktəbin direktoru Elmira Ələsgərova ADU-nun təcrübəçi tələbələrinə məktəbdə olduqları müddət ərzindəki fəaliyyətlərinə görə təşəkkür edib və onlara gələcək işlərində uğurlar diləyib.