XƏBƏRLƏR

ADU tələbələrinin istehsalat təcrübəsi ARB-də uğurla davam edir

20 may, 2019

Azərbaycan Dillər Universitetinin Filologiya və jurnalistika fakültəsinin 2018-2019-cu tədris ilində bakalavr ali təhsil pilləsində təhsillərini bitirəcək olan Filologiya və jurnalistika ixtisasında oxuyan tələbələrin istehsalat təcrübəsi davam edir.

Mayın 17-də Filologiya və jurnalistikanın Virtual jurnalistika kafedrasının müdiri Nərgiz Qurbanlı ARB Teleşirkətinin Xəbərlər Departamentində  təcrübə keçən tələbələrlə görüşüb.

Görüşdə Xəbərlər Departamentinin redaktoru Nəriman Hüseynzadə tələbələrin istehsalat təcrübəsində fəallığından danışıb, nizam-intizam qaydalarından, tələbələrin aldıqları müsahibələrdən, etdikləri montajdan çox razı qaldığını bildirib.

Eyni zamanda, tələbələrdən razı qaldıqlarına görə onları şirkətdə işlə təmin etdiklərini, müxbir kimi fəaliyyət göstərdiklərini vurğulayıb.

Nəriman Hüseynzadə universitetin rəhbərliyinə və müəllim heyətinə peşəkar tələbələr yetişdirdiyinə görə minnətdarlığını bildirib.