XƏBƏRLƏR

Rektorun müşaviri Tərcümə fakültəsinin tələbələri ilə görüş keçirib

16 may, 2019

Mayın 15-də ADU-nun rektorunun icra intizama nəzarət işləri üzrə müşaviri Abduləli İsmayılov  Tərcümə fakültəsinin tələbələrilə görüş keçirib. Görüşdə tədris şöbəsinin müdiri Şəfəq Şahməmmədova, hüquq şöbəsinin baş hüquqşünası Əli Mustafayev, rektorun məsləhətçisi Anar  Osmanlı və Tərcümə fakültəsinin dekanı dosent Bənövşə Məmmədova iştirak ediblər.

İclasda ən mühüm məsələ - tələbələrin tədrislə bağlı hüquqları Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən müzakirə olunub. Tələbələr təhsil sistemində verilən qərarlara əsasən, təqaüd məsələləri, kredit sistemi, tələbə hüquqları və s. ilə bağlı məlumatlandırıılıb.

Görüşdə qeyd edilib ki, tələbələr öz hüquqları ilə bağlı universitetin hüquqşünasına müraciət edə bilərlər.

Sosial vəziyyəti nəzərə alaraq, müxtəlif kateqoriyalardan olan tələbələrə (valideynlərini itirmiş, şəhid övladları, məcburi köçkünlər, sosial vəziyyəti aşağı olan və valideyni əlil olan tələbələr) büdcədən pul ayrılması məsələləri müzakirə olunub.

Sonda Anar Osmanlı tələbələrə hüquqlarını bilməyi və nizam-intizam qaydalarına riayət etməyi məsləhət görüb.