XƏBƏRLƏR

“İlin anası mənim anam” müsabiqəsinin nəticəsi elan olunub

15 may, 2019

Azərbaycan Dillər Universitetinin (ADU) Tələbələrlə iş və tərbiyə şöbəsi, ADU THT və “Düşün və yarat” platformasının Analar gününə həsr olunmuş “İlin anası mənim anam” müsabiqəsinin nəticəsi elan olunub.

Belə ki, ADU-nun tələbələri arasında keçirilən müsabiqənin qalibi Filologiya və jurnalistika fakültəsinin 129 A qrup tələbəsi Günel İsmayılova olub.  

Tələbəmizi bu münasibətlə təbrik edir və bundan sonrakı tədris illərində uğurlar arzu edirik.