XƏBƏRLƏR

Yazı, esse, tezis müsabiqəsinə yekun vurulub

15 may, 2019

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar Azərbaycan Dillər Universiteti Müəllim Həmkarlar İttifaqı Komitəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən inşa, yazı, esse, tezis müsabiqəsinə yekun vurulub.

Müsabiqədə Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və idarəetmə, Təhsil, Tərcümə, Filologiya və jurnalistika fakültələrinin və Sabah qruplarının ümumilikdə 300 nəfərdən çox tələbəsi iştirak edib.

Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən 50 tələbə diplom, 15 tələbə pul mükafatı ilə təltif ediliblər. Müsabiqənin münsiflər heyəti olmuş 23 müəllimə isə Müəllim Həmkarlar İttifaqı Komitəsi tərəfindən pul mükafatı verilib.